"Qəbələ"yə qayıdan Daniel Subotiç: "Artıq çempionluq titulunu qazanma zamanıdır"

"Qəbələ"yə qayıdan Daniel Subotiç: "Artıq çempionluq titulunu qazanma zamanıdır" 27 yaşlı hücumçu "Hazırsanmı?" sualını cavablandırıb
Futbol
30 Yanvar , 2017 10:07
Qəbələyə qayıdan Daniel Subotiç: Artıq çempionluq titulunu qazanma zamanıdır

Bakı. 30 yanvar. REPORT.AZ/ "Qəbələ" futbol komandasının yeni transferi Daniel Subotiç kluba qayıdışını şərh edib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu klubun rəsmi "Facebook" səhifəsinin ünvanladığı "Hazırsanmı?" sualını cavablandırıb. İsveçrə və Serbiya vətəndaşlığına malik forvard 2,5 ildən sonra "Qəbələ"yə qayıdışına sevindiyini bildirib. O, "Qəbələ" ilə bağlı çoxlu xoş xatirələrinin olduğunu açıqlayıb: "Bu komandada müəyyən uğurlar qazanmışam. Şadam ki, yenidən "Qəbələ" kimi böyük klubda oynamaq imkanı qazandım. Artıq ilk çempionluq titulunu qazanma zamanı yetişdi. Mən bu çağırışa hazıram".

Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"də 2013-2014 mövsümündə forma geyinib və 29 oyuna 12 qol vurub. 2014-cü ilin yayında "Küveyt"in "Əl-Kadisiya" komandasına keçən hücumçu bir ildən sonra Moldova "Şerif"inə transfer olub. Lakin Tiraspol klubunun rəhbərliyi onunla yollarını qış fasiləsində qarşılıqlı razılıq əsasında ayırıb. 

Son xəbərlər

Orphus sistemi