"Qəbələ" və "Keşlə" klubları arasında yoldaşlıq oyunu keçiriləcək

"Qəbələ" və "Keşlə" klubları arasında yoldaşlıq oyunu keçiriləcək Bakı. 23 mart. REPORT.AZ/ Milli komandanın oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” klubu yoxlama görüşü keçirəcək.
Futbol
23 Mart , 2018 12:20
Qəbələ və Keşlə klubları arasında yoldaşlıq oyunu keçiriləcək

Bakı. 23 mart. REPORT.AZ/ Milli komandanın oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” klubu yoxlama görüşü keçirəcək.

“Report” xəbər verir ki, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv çempionatın ikinci pilləsində qərarlaşan "Qəbələ" ilə qarşılaşacaq.

Martın 24-də "Bakı" klubunun Təlim-Məşq Bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Orphus sistemi