"Qəbələ" tarixində 700-cü matçına çıxacaq
Futbol
- 25 sentyabr, 2024
- 12:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qəbələ" tarixində 700-cü matçına çıxacaq.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan I Liqasının III turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Mingəçevir" matçı meydan sahibləri üçün əlamətdar olacaq.
İndiyədək 699 oyun keçirən komanda Premyer Liqada 540, Azərbaycan Kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. “Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.
Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda I dəstənin ev görüşündə 8:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
21:22
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Futbol
21:22
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
Energetika
21:17
Foto
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
Fərdi
21:11
Foto
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında mükafatlandırma mərasimi keçirilib
Komanda
21:06
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Hadisə
21:03
Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq
İnfrastruktur
20:43
Foto
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
20:42
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Digər ölkələr
20:36
XİN: AK-ın hesabatındakı qeyri-dəqiqliklər anti-Gürcüstan narrativlərini gücləndirir
Region