"Qəbələ" səfərdə "Sumqayıt"la sülh bağlayıb

"Qəbələ" səfərdə "Sumqayıt"la sülh bağlayıb Oyun 2:2 hesabı ilə başa çatıb
Futbol
977
25 Oktyabr , 2016 17:59
Qəbələ səfərdə Sumqayıtla sülh bağlayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt" öz meydanında "Qəbələ"ni qəbul edib. 

"Report"un məlumatına görə, oyun Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilib.

Qarşılaşmaya meydan sahibləri daha aktiv başlayıb. Komandaların qarşılıqlı hücumlarına baxmayaraq, ilk hissədə qapılara top vurulmayıb.

İkinci hissədə "Sumqayıt" istəyinə çatıb. Hissənin ilk dəqiqəsində Yusif Nəbiyev hesabı açıb. Oyunun 64-cü dəqiqəsində Rəşad Eyubov hesaba tarazlıq gətirib. 9 dəqiqə sonra isə "qırmızı-qaralar" qələbə topunu vurub. Filip Ozobiç Fərhad Vəliyevi məyus etməyi bacarıb.

Lakin bu oyunda vurulan son qol olmayıb. 94-cü dəqiqədə Sadiq Quliyev rəqibə qarşı cərimə meydançasında kobud oynayıb və baş hakim "Sumqayıt"ın lehinə penalti təyin edib. Topa yaxınlaşan Amil Yunanov hesabı bərabərləşdirib - 2:2.

Bu görüşdən sonra "Qəbələ" xal ehtiyatını 22-yə çatdıraraq liderlik mövqeyini möhkəmləndirib. "Sumqayıt" isə 9 xalla 6-cı pillədədir.

Son xəbərlər

Orphus sistemi