"Qəbələ"nin kapitanı: "Vətənə xidmət etmək hamımızın borcudur"

"Qəbələ"nin kapitanı: "Vətənə xidmət etmək hamımızın borcudur" "Millətimiz, xalqımız yumruq kimi birləşib. İnsanlar vətənə borclu olduqlarını düşünür və onun üçün nəsə etməyə çalışırlar".
Futbol
580
30 Sentyabr , 2020 16:22
Qəbələnin kapitanı: Vətənə xidmət etmək hamımızın borcudur
Anar Nəzirov

"Millətimiz, xalqımız yumruq kimi birləşib. İnsanlar vətənə borclu olduqlarını düşünür və onun üçün nə isə etməyə çalışırlar".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib. 

35 yaşlı qapıçı xalqın birliyini, bərabərliyini görəndə qürur hissi keçirdiyini bildirib: "Xalqımla, millətimlə fəxr edirəm. Hamımızın borcu Vətənə xidmət etməkdir. Vətən üçün, yurd üçün daim hazır olmalıyıq. İstənilən vaxt döyüşə hazırıq. Allah Ordumuzu və əsgərlərimizi qorusun".

Son xəbərlər

Orphus sistemi