"Qəbələ"nin baş məşqçisi: "Rəqib bizə çətin anlar yaşatdı"

"Qəbələ"nin baş məşqçisi: "Rəqib bizə çətin anlar yaşatdı" "Oyunun çətin keçəcəyini bilirdik. 1/8 final bir oyundan ibarətdir. Komandanı kökləmişdik ki, bizi ağır və çətin səfər gözləyir. Sevindirici haldır ki, neçə il sonra Tovuzda oynadıq".
Futbol
25 Yanvar , 2021 16:15
Qəbələnin baş məşqçisi: Rəqib bizə çətin anlar yaşatdı
Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır səfər matçına kökləmişdik. Sevindirici haldır odur ki, neçə il sonra Tovuzda oynadıq. Bizlərə bir az nostalji hissləri yaşatdı"

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, Tovuz komandası onlara çətin anlar yaşadıb: "Çətin qələbə qazandığımızı deyərdim. Paltardəyişmə otağında futbolçuların üzünə baxanda yorğun olduqları hiss olunurdu. "Turan Tovuz" futbolçuları çox qaçırdı və hərəkətli rəqibə qarşı oynadıq. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, "Turan Tovuz" yüksək liqada çıxış etsin. İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.

Qeyd edək ki, "Qəbələ" 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaq. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə Qəbələ şəhər stadionunda olacaq.

Son xəbərlər

Orphus sistemi