"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
  • 11 noyabr, 2022
  • 05:46
Şamaxı və Qəbələnin baş məşqçiləri Pro kateqoriyası alıblar

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Bunların arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli də var.