"Qəbələ"nin baş məşqçisi cəzalandı

"Qəbələ"nin baş məşqçisi cəzalandı AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb
Futbol
23 Fevral , 2021 12:50
Qəbələnin baş məşqçisi cəzalandı
Elmar Baxşıyev
0 : 00
0 : 00

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.

"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

Son xəbərlər

Orphus sistemi