"Qəbələ" ilə vidalaşan futbolçu Rumıniya klubunda - YENİLƏNİB

"Qəbələ" ilə vidalaşan futbolçu Rumıniya klubunda - YENİLƏNİB “Qəbələ” klubu müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb. Ötən ilin sentyabrından komandamıza qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qolu
Futbol
22 İyun , 2021 17:50
Qəbələ ilə vidalaşan futbolçu Rumıniya klubunda - YENİLƏNİB
Vinko Medimoreç

"Qəbələ" ilə vidalaşan xorvatiyalı futbolçu Vinko Medimoreç Rumıniyanın UTA komandasına keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Keçidi ilə bağlı danışan oyunçu təklifi qəbul etmək üçün çox düşünmədiyini bildirib.

Qeyd edək ki, Arad şəhərini təmsil edən UTA klubu ötən mövsüm Rumıniyanın yüksək liqasını 10-cu pillədə başa vurub.

13:41

“Qəbələ” klubu futbolçusu Vinko Medimoreçlə yollarını ayırıb.

"Report" "qırmızı qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, ötən ilin sentyabrından komandaya qoşulan 25 yaşlı xorvatiyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

O, 2020/2021 mövsümündə 26 oyuna 1 qol vurub. Medimoreç Premyer Liqada 23, Azərbaycan Kubokunda 3 matça çıxıb.

“Qəbələ” klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi