"Qəbələ" Küveyt klubunu məğlub edib

"Qəbələ" Küveyt klubunu məğlub edib UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran Qəbələ komandası yoldaşlıq görüşü keçirib.
Futbol
5 Avqust , 2019 19:57
Qəbələ Küveyt klubunu məğlub edib

UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran "Qəbələ" komandası yoldaşlıq görüşü keçirib. 

"Report"un məlumatına görə, əyalət təmsilçisi Küveytin "Al-Samiya" kollektivi ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutab qarşılaşma "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində Asif Məmmədov 70, Fernan Lopez isə 87-ci dəqiqədə fərqlənib. 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında Gürcüstanın "Dinamo" kollektivinə evdə 0:2, səfərdə 0:3 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi