"Qəbələ" klubu Avropa Liqası matçı üçün "Bakcell Arena"nı seçməsinin səbəbini açıqlayıb

"Qəbələ" klubu Avropa Liqası matçı üçün "Bakcell Arena"nı seçməsinin səbəbini açıqlayıb Zaur Əzizov: "UEFA-dan xahiş etdik ki, Qəbələdə azsaylı azarkeşlə oynamaqdansa, rəqibimizi "Bakcell Arena"da qəbul edək"
Futbol
15 İyul , 2015 12:59
Qəbələ klubu Avropa Liqası matçı üçün Bakcell Arenanı seçməsinin səbəbini açıqlayıb

Bakı. 15 İyul. REPORT.AZ/ UEFA gözlənilən sanksiyanı tətbiq etsə, Azərbaycanın "Qəbələ" klubunun Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşü "Bakcell Arena"da keçiriləcək. Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Z.Əzizovun sözlərinə görə, bununla bağlı UEFA ilə razılıq əldə olunub. Klub rəsmisi bildirib ki, I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə cavab görüşü zamanı Qəbələ şəhər stadionunda baş vermiş olaylar üzündən Avropa futbol qurumu cəza tədbiri görəcək: "Əsas sanksiya kimi Qəbələ şəhər stadionunun 2 sektorunun qapadılması gözlənilirdi. Lakin biz UEFA-dan xahiş etdik ki, Qəbələdə azsaylı azarkeşlə oynamaqdansa, rəqibimizi 11 min tamaşaçı tutumuna malik "Bakcell Arena"da qəbul edək. Yəqin ki, qərar bu gün AFFA-ya və klubumuza göndəriləcək".

Amma "Qəbələ" ev oyununu Bakıda keçirsə, eyni vaxtda - iyulun 23-də paytaxtda Avroliqanın 2 oyunu baş tutacaq. Digər qarşılaşma "İnter"lə İslandiya "Hafnarfyördur"u arasında olacaq. Bu zaman oyunlardan birinin vaxtının dəyişdirimə variantı ortaya çıxa bilər. Lakin Z.Əzizov bildirib ki, vaxt dəyişikliyi baş verməyəcək: "Biz bu məsələni də UEFA ilə danışmışıq və deyiblər ki, problem yoxdur".

Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" matçı iyulun 16-da Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Azərbaycan komandası səfər oyununa bu gün çarter reysi ilə yollanıb.  

Son xəbərlər

Orphus sistemi