"Qəbələ" ispaniyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol
  • 21 iyun, 2019
  • 11:31
Qəbələ ispaniyalı futbolçu ilə müqavilə bağlayıb

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

"Report" klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fernan Lopes “Selta”nın yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış oyunçunun son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.

"Qəbələ" bu vaxtadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb. 

44 filmi