​"Qəbələ" fransalı futbolçunu transfer edəcək

​"Qəbələ" fransalı futbolçunu transfer edəcək Baqali Dabo ilə iki illik müqavilə imzalanacaq
Futbol
25 İyun , 2016 10:06
​Qəbələ fransalı futbolçunu transfer edəcək

Bakı. 25 iyun. REPORT.AZ/ "Qəbələ" klubu heyətini fransalı futbolçu ilə gücləndirəcək.

"Report" Fransanın "LeQuipe" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq.

Məlumata görə, 27 yaşlı futbolçu bu gün Azərbaycana gələcək və 2 illik müqaviləyə qol çəkəcək.  

Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın "İstres" və "Kretey" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi