"Qəbələ" "Dinamo" ilə oyunöncəsi son məşqini keçirib

"Qəbələ" "Dinamo" ilə oyunöncəsi son məşqini keçirib Qəbələ komandası Gürcüstanda Dinamo ilə keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl son məşqini keçirib.
Futbol
31 İyul , 2019 22:48
Qəbələ Dinamo ilə oyunöncəsi son məşqini keçirib

"Qəbələ" komandası Gürcüstanda "Dinamo" ilə keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl son məşqini keçirib.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunmuş hazırlıq prosesinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olub.

Məşqi "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da izləyib.

Göy gurultusu ilə başlanan çalışmalar yüngül yağış altında davam edib. Bu səbəbdən, meydanın ot örtüyü bir qədər sürüşkən olub. Hazırlıq prosesində bütün futbolçular, o cümlədən Qəbələdəki ilk matçı zədə üzündən buraxmış Kamal Mirzəyev də iştirak edib.

Qeyd edək ki, avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk matçda Gürcüstan komandası qələbə qazanıb - 2:0.

Son xəbərlər

Orphus sistemi