Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib
Futbol
- 17 yanvar, 2019
- 13:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" "sports.kz"yə istinadən xəbər verir ki, yığma çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoylovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Mixel Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib. O həmçinin 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.
Son xəbərlər
10:10
Bakıda IIl Milli Rəqabət Forumu keçirilir
Biznes
10:05
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib
Biznes
09:59
Bakı Limanında konteyner daşımaları 30 % artıb
İnfrastruktur
09:58
Foto
Kiyev sakinləri Rusiya ordusunun hücumlarından müdafiə üçün gecəni metroda keçiriblər
Digər ölkələr
09:54
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb
Digər ölkələr
09:50
Foto
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Sağlamlıq
09:48
Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb
Digər ölkələr
09:47
Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Sosial müdafiə
09:42
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
Energetika