Qazaxıstan millisi Qəbələyə gəlir

Qazaxıstan millisi Qəbələyə gəlir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.
Futbol
27 May , 2022 15:45
Qazaxıstan millisi Qəbələyə gəlir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.

"Report" xəbər verir ki, görüşlər iyunun 7-də və 10-da Qəbələdə baş tutacaq.

Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Azərbaycanın U-19 yığmasına Miloş Velebit başçılıq edir.

Son xəbərlər

Orphus sistemi