"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi

"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi "Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün təyinatlar açıqlanıb.
Futbol
938
27 Oktyabr , 2020 13:08
Qarabağ - Vilyarreal matçının hakimləri bilindi
Pavel Orel

"Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun II tur oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi