"Qarabağ" və "Nefçi" klublarına xəbərdarlıq edilib

"Qarabağ" və "Nefçi" klublarına xəbərdarlıq edilib 12.09.2021-ci ildə Premyer Liqanın III turunun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
Futbol
17 Sentyabr , 2021 13:32
Qarabağ və Nefçi klublarına xəbərdarlıq edilib

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ" klublarına xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının III turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır.

Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıb.

Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi