"Qarabağ" UEFA-ya müraciət etdi

"Qarabağ" UEFA-ya müraciət etdi Müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb
Futbol
9 Dekabr , 2020 11:38
Qarabağ UEFA-ya müraciət etdi
0 : 00
0 : 00

"Qarabağ" klubu dekabrın 10-da "Vilyarreal"a qarşı İspaniyada keçirməli olduğu UEFA Avropa Liqasının VI tur matçı ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan, 2-si qapıçı olmaqla, 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

İngilis versiyası Qarabag FC appeals to UEFA

Son xəbərlər

Orphus sistemi