Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. Hazırda meydan sahibləri sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 15 xalla 6-cı sıradadır.
Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Səbail", 5-də "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "dənizçilər" öndədir - 20:17. Qonaqlar çempionatdakı son 4 görüşdə rəqibinə uduzmayıb. Bayıldakı son üç matçda hər iki komanda qol vurub.
Günün ikinci qarşılaşmasında 23 xalla 5-ci sırada gedən "Sabah" 40 xalla lider olan "Qarabağ"la üz-üzə gələcək. Çempionatdakı əvvəlki 13 oyunun 10-da Ağdam klubu qələbə qazanıb. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 27:5. "Qarabağ” Premyer Liqadakı son 6 oyunda qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIX tur
12 mart (şənbə)
16:45. “Səbail” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
19:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
Qeyd edək ki, tura martın 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.