"Qarabağ" Türkiyəyə yollandı

"Qarabağ" Türkiyəyə yollandı Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.
Futbol
4 Noyabr , 2020 11:54
Qarabağ Türkiyəyə yollandı

Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi