​"Qarabağ" tarixində ikinci dəfə Avroliqanın final mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO

​"Qarabağ" tarixində ikinci dəfə Avroliqanın final mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO Ağdam klubu İsveçrənin "Young Boys" klubunu darmadağın edib
Futbol
192
27 Avqust , 2015 22:50
​Qarabağ tarixində ikinci dəfə Avroliqanın final mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO

Bakı. 27 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisindən biri olan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin "Young Boys" klubunu qəbul edib.

Səfərdən 1:0 hesablı qələbə ilə qayıdan Ağdam klubu doğma meydanda da rəqib futbolçulara aman verməyib və isveçrəlilərin qapısından 3 cavabsız top keçirib - 3:0.

Beləliklə də, ümumi hesabda 4:0-lıq qələbə qazanan "Qarabağ" kollektivi Azərbaycan və klub tarixində ilk dəfə olaraq ikinci dəfə Avroliqanın final mərhələsinə vəsiqəni özünə təmin edib.

Avropa Liqası. "Play-off" mərhələsi. Cavab oyunu

"Qarabağ" - "Young Boys" - 3:0

Qollar: Richard Almeida, 4 (pen. 1:0), Reynaldo, 43 (2-0), Əfran İsmayılov, 61 (3-0)

Foto: İsmayıl Nur 

Son xəbərlər

Orphus sistemi