"Qarabağ" "Sumqayıt"la oyunda əzmkar heç-heçə etdi

"Qarabağ" "Sumqayıt"la oyunda əzmkar heç-heçə etdi Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Futbol
25 Sentyabr , 2020 20:52
Qarabağ Sumqayıtla oyunda əzmkar heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edən "Sumqayıt" rəqibi ilə bərabərə qalıb - 2:2.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani "gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub. Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. "Qarabağ" 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar bərabərlik qolunu vurublar. Filip Ozobiç matçda yekun nəticəni müəyyənləşidirib.

Bu heç-heçədən sonra "Sumqayıt" 7 xalla vahid lider olub. "Qarabağ" isə 5 xalla 4-cü sıraya yüksəlib.

Qeyd edək ki, IV turun daha 2 oyunu - "Səbail" - "Sabah" və "Keşlə" - "Zirə" matçları sabah keçiriləcək. Tura sentyabrın 27-də "Neftçi" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi