"Qarabağ" "Sumqayıt"a qalib gəldi
Futbol
- 23 fevral, 2020
- 16:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub.
Bu qələbə sayəsində xalını 41-ə çatdıran lider "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"ni 8 xal geridə qoyub. "Sumqayıt" isə 22 xalla 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" evdə "Zirə"ni 4:0 hesabı ilə yenib, "Sabah" - "Səbail" matçında isə qalib müəyyənləşməyib.
Oyunun uzatma dəqiqələrində Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Son xəbərlər
22:55
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
22:37
"Audi"nin Çindəki zavodu konsernə milyardlarla zərər vurur
Digər ölkələr
22:30
Foto
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Fərdi
22:29
Cey Kleyton Ağ Evin kibertəhlükəsizlik idarəsinə müvəqqəti rəhbərlik edəcək
Digər ölkələr
22:08
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Xarici siyasət
21:53
"Flydubai" dekabrın əvvəlində İsrailə reysləri bərpa edəcək
Digər ölkələr
21:39
Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib
Futbol
21:27
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Region
21:19
Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb
Digər ölkələr