"Qarabağ" - "Sileks" matçının hakimləri bəlli oldu

"Qarabağ" - "Sileks" matçının hakimləri bəlli oldu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub.
Futbol
13 Avqust , 2020 09:42
Qarabağ - Sileks matçının hakimləri bəlli oldu
Yaroslav Kozıka

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub. 

"Report"un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək. 

Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi