"Qarabağ" Sevilyaya çatıb

"Qarabağ" Sevilyaya çatıb UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Sevilyanın qonağı olacaq Qarabağ İspaniyaya çatıb.
Futbol
26 Noyabr , 2019 23:24
Qarabağ Sevilyaya çatıb

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyaya çatıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisini aparan təyyarə 7 saatlıq uçuşdan sonra Sevilyadakı "San Pablo" hava limanında yerə enib.

Sabah Bakı vaxtı ilə saat 21:40-a baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra komandanın açıq məşqi olacaq. 

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq.

"Qarabağ"ın Bakıya dönüşü noyabrın 29-na nəzərdə tutulub. Komanda saat 21:00-a Vətənə çatmalıdır.

Son xəbərlər

Orphus sistemi