"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb.
“Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.
***22:33
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda fərqi daha da artırıb. Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb.
***22:16
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında hesab açılıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda önə keçib. Rəqibin heyətində Xavyer Ernandes 62-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib
***21:41
UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb.
***20:55
UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
"Report"un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da bu gün ilk oyununa çıxıb.
Qeyd edək ki, A qrupunun digər matçında Kipr APOEL-i Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.