"Qarabağ" səfərdə "Slovan"a böyük hesabla məğlub olub

"Qarabağ" səfərdə "Slovan"a böyük hesabla məğlub olub Ağdam klubu ardıcıl 3-cü mövsüm qrupdan çıxmaq şansını son tura saxlayıb
Futbol
173
24 Noyabr , 2016 23:49
Qarabağ səfərdə Slovana böyük hesabla məğlub olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyununa çıxıb.

"Report" xəbər verir ki, komanda Çexiyanın Liberets şəhərində yerli "Slovan"ın qonağı olub.

Əsasən rəqibin üstünlüyü şəraitində keçən oyunda Azərbaycan klubu 3:0 hesabı ilə məğlub olub. Rəqibin qollarını Eqon Vuç (11-ci dəqiqə) və Nikolay Komliçenko (56-pen, 63) vurub.

Bununla da "Qarabağ" ardıcıl 3-cü mövsüm qrupdan çıxmaq şansını son tura saxlayıb. Hələ ki 1/16 finala yüksələ bilməyən Ağdam klubu qrupda mübarizəni dekabrın 8-də İtaliyanın "Fiorentina" klubu qarşı keçirəcəyi ev oyunu ilə bitirəcək. Florensiya təmsilçisi qrupdan çıxmağını hələ rəsmiləşdirməyib. İki vəsiqə uğrunda mübarizənin nəticəsi son turda bilinəcək. "Qarabağ"a məqsədinə çatmaq üçün qalib gəlmək lazımdır.

Ağdam klubunun son turda heyətlə bağlı ciddi problemləri olacaq. Çünki kapitan Rəşad Sadıqovla yanaşı, Maksim Medvedevlə ispaniyalı Migel Madera da son oyunda meydana çıxa bilməyəcək. Buna səbəb həmin 2 futbolçunun Liberetskdəki qarşılaşmada aldıqları 3-cü sarı vərəqə nəticəsində cəzalı duruma düşmələridir.

24 noyabr

Avropa Liqası, qrup mərhələsi, V tur

22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 3:0

Qollar: Eqon Vuç, 11, Nikolay Komliçenko, 56-pen, 63

Baş hakim: Stefan Yohannesson

Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum

Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson

Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San Marino)

UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)

Liberets. "U Nisi" stadionu

Son xəbərlər

Orphus sistemi