"Qarabağ" klubu "Roma"nın Çempionlar Liqasındakı antirekord seriyasında yer alıb

"Qarabağ" klubu "Roma"nın Çempionlar Liqasındakı antirekord seriyasında yer alıb Bakı. 7 mart. REPORT.AZ/ İtaliyanın Roma klubu Çempionlar Liqasında Portu ilə Portuqaliyadakı 1/8 final mərhələsinin cavab görüşündə də qol buraxmaqla antirekorda imza atıb.
Futbol
7 Mart , 2019 12:15
Qarabağ klubu Romanın Çempionlar Liqasındakı antirekord seriyasında yer alıb

Bakı. 7 mart. REPORT.AZ/ İtaliyanın "Roma" klubu Çempionlar Liqasında "Portu" ilə Portuqaliyadakı 1/8 final mərhələsinin cavab görüşündə də qol buraxmaqla antirekorda imza atıb. 

"Report" xəbər verir ki, "canavarlar" Avropanın ən nüfuzlu klub turnirində son 31 səfər matçının hamısında qapısında qol görüb. Bu uğursuz seriya 2007-ci il aprel ayının 4-də İngiltərədə "Mançester Yunayted" komandası ilə 1/4 final oyununda başlayıb. Həmin matçda "qırmızı şeytanlar" 7:1 hesabı ilə qalib gəlib. 

"Roma"nın antirekord seriyasında "Qarabağ" klubu da yer alıb. 2017-ci ilin sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə Azərbaycan təmsilçisini "Roma"nın qapısından bir top keçirib - 1:2. Həmin qolu hazırda Yunanıstan PAOK-unda çıxış edən Pedro Enrike vurub. "Qarabağ" "Roma"nın qol buraxdığı matçlar seriyasında 22-ci yerdə qərarlaşıb. Bu oyundan sonra "canavarlar" daha 9 qarşılaşmada qapısında qol görüb.  Ümumilikdə "Roma" Çempionlar Liqasındakı son 31 səfər matçından 18 məğlubiyyət, 7 heç-heçə, 6 qələbə ilə ayrılıb. 

"Portu" ilə səfər matçında "Roma" əlavə vaxtda 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Paytaxt komandasının baş məşqçisi Eusebio Di Françesko oyundan sonra mətbuat konfransına qatılmayıb. Onu UEFA tərəfindən cəza gözləyir. 

Qeyd edək ki, "Roma" Çempionlar Liqasının səfər matçlarında sonuncu dəfə 12 il əvvəl - 6 mart 2007-ci ildə "Lion"la görüşdə qapısını toxunulmaz saxlaya bilib. Həmin görüşdə İtaliya təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi