"Qarabağ" rəsmisi: "Heç vaxt oyunlara turist kimi getmirik"

"Qarabağ" rəsmisi: "Heç vaxt oyunlara turist kimi getmirik" Baş direktor: "Komandamızın belə hesabla qalib gələcəyini gözləmirdim"
Futbol
12 İyul , 2017 00:26
Qarabağ rəsmisi: Heç vaxt oyunlara turist kimi getmirik

Bakı. 12 iyul. REPORT.AZ/ "Komandamızın belə hesabla qalib gələcəyini gözləmirdim. Yaxşı oyun alındı. Sürpriz və gözəl qələbə qazandıq. Hamımız sevindik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli funksioner yeni transferlər Yakub Jezniçak və Donald Gerryedən razılıq ifadə edib: "Hamı necə, mən də elə. Əlbəttə razı qaldıq. Gözəl oyun sərgilədilər. Yenə də oyunçuya ehtiyac olub-olmadığını baş məşqçi Qurban Qurbanov bizdən daha yaxşı bilir. Bu yöndə axtarışlar davam edir".

Ə.Çəlikəl cavab görüşünün formal xarakter daşıdığı fikri ilə razılaşmayıb: "Biz heç vaxt oyunlara turist kimi getmirik. Əksinə, təmkinli olmaq lazımdır. Heç kimə rahatlaşmağı məsləhət görmürəm".

Klub rəsmisi onu da bildirib ki, vaxtından əvvəl meydanı tərk edən kapitan Rəşad Sadıqovun vəziyyətinə bu gün aydınlıq gələcək".

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi