"Qarabağ" - "Qəbələ" matçının hakimləri açıqlanıb
- 21 avqust, 2019
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları üçün hakim təyinatları müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi oyunu hesab olunan “Qarabağ” – “Qəbələ” görüşü İnqilab Məmmədova tapşırılıb.
“Zirə” – “Neftçi” matçını isə Rəhim Həsənov idarə edəcək.
24 avqust (şənbə)
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”
25 avqust (bazar)
18:45. “Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”
21:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”
26 avqust (bazar ertəsi)
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.