"Qarabağ" "Qəbələ" ilə matça itki ilə çıxacaq

"Qarabağ" "Qəbələ" ilə matça itki ilə çıxacaq Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" İlə qarşılaşacaq "Qarabağ" bu gün bu matçın hazırlıqlarını klubun bazasında tamamlayıb.
Futbol
19 Dekabr , 2020 20:34
Qarabağ Qəbələ ilə matça itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" İlə qarşılaşacaq "Qarabağ" bu gün bu matçın hazırlıqlarını klubun bazasında tamamlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın heyətində 3 futbolçu oyunu buraxacaq.

Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyev 14 günlük karantin rejimində olduğu üçün Qəbələyə yollanmayıb.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək görüş saat 15:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi