"Qarabağ" - "Neftçi" matçına təyinatlar açıqlanıb

"Qarabağ" - "Neftçi" matçına təyinatlar açıqlanıb Fariz Yusifovun işinə qiyməti Xaqani Məmmədov verəcək
Futbol
30 Noyabr , 2017 17:21
Qarabağ - Neftçi matçına təyinatlar açıqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun ilk oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” və “Neftçi” komandaları arasındakı görüşü keçmiş FİFA referisi Fariz Yusifova tapşırılıb. 

Hakim-inspektor funksiyasını isə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yerinə yetirəcək. 

1 dekabr (cümə)

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena” (CBC Sport, canlı)

Son xəbərlər

Orphus sistemi