"Qarabağ" mərakeşli futbolçu transfer edib
Futbol
- 15 iyul, 2019
- 13:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb.
"Report" klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Faysal Rerrası heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.
26 yaşlı futbolçunun sonuncu iş yeri Fransanın səviyyəcə 3-cü liqasında çıxış edən "Bezye" klubu olub.
Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.
Son xəbərlər
09:38
Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Digər ölkələr
09:16
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Digər ölkələr
09:05
Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək
Futbol
08:49
Türkiyədə 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Region
08:22
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Sağlamlıq
08:14
Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib
Futbol
07:56
Tramp süni intellekt əvəzinə "superintellekt" terminindən istifadə olunmasını tələb edib
Digər ölkələr
07:11
Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb
Digər ölkələr
06:48
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
Digər ölkələr