"Qarabağ"la vidalaşan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

"Qarabağ"la vidalaşan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib "Qarabağ"la yollarını ayıran serbiyalı futbolçu Uroş Matiçin yeni komandası bəlli olub.
Futbol
26 İyul , 2021 20:53
Qarabağla vidalaşan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

"Qarabağ"la yollarını ayıran serbiyalı futbolçu Uroş Matiçin yeni komandası bəlli olub.

"Report"un məlumatına görə, 31 yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Təcrübəli oyunçu bu ölkənin "Abha" klubuna keçib. O, 2 illik müqaviləyə qol çəkib.

Ölkəsinin mətbuatına danışan Matiç Türkiyədən bir neçə təklif aldığını da gizlətməyib: "Yaxşı liqada çıxış edəcəyim üçün şadam. Burada kifayət qədər səviyyəli futbolçular və məşqçilər var. Keçidimi həll edən agentimə təşəkkür edirəm. Türkiyədən bir neçə təklifim olsa da, qardaşım Nemanya Matiç buraya gəlməyimi məsləhət gördü. Mən də "Abha"ya keçməyə qərar verdim. Düşünürəm ki, bu klubda yaxşı karyeram ola bilər".

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"a ötən ilin yayında keçmişdi.

Son xəbərlər

Orphus sistemi