"Qarabag" Gürcüstan çempionunu böyük hesabla məğlub edib - YENİLƏNİB-4

"Qarabag" Gürcüstan çempionunu böyük hesabla məğlub edib - YENİLƏNİB-4 Ağdam təmsliçisi 11 metrlik cərimə zərbəsi ilə üçüncü qolunu rəqib komandanın qapısından keçirib
Futbol
11 İyul , 2017 22:50
Qarabag Gürcüstan çempionunu böyük hesabla məğlub edib - YENİLƏNİB-4

Bakı. 11 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia”nı böyük hesabla məğlub edib. 

"Report" xəbər verir ki, qarşılaşma 5:0 Ağdam təmsilçisinin böyük üstünlüyü ilə başa çatıb.  


***22:48

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia” ilə oyunda beşinci dəfə fərqlənib.

"Report" xəbər verir ki, oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Ağdam təmsilçisi Gürcüstan çempionunun qapısına 5-ci qolu vurub.


***22:41

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia” ilə oyunda dördüncü dəfə fərqlənib.

"Report" xəbər verir ki, Ağdam təmsliçisi Donald Gerryer 83-cü dəqiqədə qol vurub: 4:0 


***21:47

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia” ilə oyunda üçüncü dəfə fərqlənib.

"Report" xəbər verir ki, Ağdam təmsliçisi 11 metrlik cərimə zərbəsi ilə üçüncü qolunu rəqib komandanın qapısından keçirib. Dino Ndlovu özünün ikinci, komandasının üçüncü qolunu vurub.

İlk hissə ağdamlıların 3:0 hesablı üstünlüyü ilə başa çatıb.


***21:45

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia” ilə oyunda ikinci dəfə fərqlənib. 

"Report" xəbər verir ki, Ağdam təmsliçisi ikinci qolunu rəqib komandanın qapısından keçirib. Belə ki, matçın 37-ci dəqiqəsində Dino Ndlovu fərqlənib - 2:0.


***21:11

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası ilə Gürcüstan çempionu “Samtredia” arasında keçirilən matçın birinci hissəsində hesab açılıb.

"Report" xəbər verir ki, Əfran İsmayılov 10-cu dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək "Qarabağ" komandasını hesabda irəli çıxarıb: 1:0


***21:04

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxıb.

“Report” xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma türkiyəli hakimlərə həvalə olunub. “Qarabağ” iki görüşün nəticəsinə əsasən qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar

Dördüncü hakim: Erdem Bayik

(hakimlər briqadası Türkiyədəndir)

UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Son xəbərlər

Orphus sistemi