"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb “Şerif”lə qarşılaşmanın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb
Futbol
149
20 İyul , 2017 15:58
Qarabağ klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

Bakı. 20 iyul. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Moldova təmsilçisi “Şerif”i qəbul edəcək “Qarabağ” ilkə imza atıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun iyulun 25-də keçiriləcəyini nəzərə alan Ağdam klubu önləyici tədbirlər görüb. “Şerif”lə qarşılaşmanın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb.

Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur. “Qarabağ” isə Azərbaycanda bir ilki gerçəkləşdirəcək.

Qeyd edək ki, biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdır. İyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi