"Qarabağ" klubu azarkeşlərə yenidən müraciət edib

"Qarabağ" klubu azarkeşlərə yenidən müraciət edib Bakı Olimpiya Stadionunun qapıları matçın başlamasına 3 saat qalmış açılacaq
Futbol
27 Sentyabr , 2017 14:36
Qarabağ klubu azarkeşlərə yenidən müraciət edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.

"Report"un Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir. Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.

Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi