"Qarabağ" - "Kayrat" oyunu ukraynalı hakimə tapşırılıb

"Qarabağ" - "Kayrat" oyunu ukraynalı hakimə tapşırılıb UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub
Futbol
275
19 Oktyabr , 2021 12:18
Qarabağ - Kayrat oyunu ukraynalı hakimə tapşırılıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

"Report"un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Moldovalı Vladimir Antonov hakim-inspektor, litvalı Maksimas Beçtereva UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi