"Qarabağ"ın zədəli futbolçuları komandaya gələn il qoşulacaq

"Qarabağ"ın zədəli futbolçuları komandaya gələn il qoşulacaq "Qarabağ" klubunda zədəli futbolçuların son durumuna aydınlıq gəlib.
Futbol
2 Dekabr , 2021 12:23
Qarabağın zədəli futbolçuları komandaya gələn il qoşulacaq

"Qarabağ" klubunda zədəli futbolçuların son durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, komandadan ayrı fərdi məşq edən Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında kollektivə qoşula biləcək.

Bakıda İsveçrə "Bazel"inə qarşı sentyabrın 16-da UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda (0:0) zədələnmiş Xayme Romeronun daha gec sıraya dönəcəyi bəlli olub. 31 yaşlı ispaniyalı yarımmüdafiəçinin martda hazır olacağı ehtimal edilir.

Onun həmyerlisi Qaspar Panadero fizioterapevt nəzarətində məşq edir. Yarımmüdafiəçinin sıraya daha tez dönəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Son xəbərlər

Orphus sistemi