"Qarabağ"ın yeni transferi öz kumirini açıqladı

"Qarabağ"ın yeni transferi öz kumirini açıqladı “Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm".
Futbol
11 İyun , 2021 19:02
Qarabağın yeni transferi öz kumirini açıqladı

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam komandasının uğurlarında pay sahibi olmaq istədiyini söyləyib: "Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam".

Braziliyanın “Koritiba” klubunun yetirməsi olan Malinovski vaxtilə Türkiyənin "Fənərbağça" klubunda çıxış etmiş Aleks de Souzanı öz kumiri adlandırıb: "Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm".

Yeni transfer "Qarabağ" azarkeşlərindən də danışıb: "Azarkeşlərimiz məni həddindən artıq isti qarşıladı. Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik”!

Son xəbərlər

Orphus sistemi