"Qarabağ"ın üç futbolçusu "Omoniya"ya qarşı oynamayacaq

"Qarabağ"ın üç futbolçusu "Omoniya"ya qarşı oynamayacaq UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb
Futbol
27 Sentyabr , 2021 11:56
Qarabağın üç futbolçusu Omoniyaya qarşı oynamayacaq

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, sentyabrın 28-də saat 18:00-da çarter reysi ilə Kiprə yollanacaqlarını söyləyib: "Növbəti gün yerli vaxtla saat 19:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 19:30-da isə komandanın açıq məşqi nəzərdə tutulub".

Abbaszadənin sözlərinə görə, zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin Nikosiyadakı görüşdə iştirakı gözlənilmir.

"Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi