"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubu ilə müqavilə bağladı

"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubu ilə müqavilə bağladı Türkiyənin "Konyaspor" komandasıheyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
13 Avqust , 2020 21:52
Qarabağın sabiq qapıçısı Superliqa klubu ilə müqavilə bağladı
İbrahim Şehiç

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçin keçidini həll edib.

Bosniya və herseqovinalı qapıçı ilə 2+1 illik sözləşmə imzalanıb.

"Konyaspor"un baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi