"Qarabağ"ın sabiq legioneri məşqçiliyə başlayıb

"Qarabağ"ın sabiq legioneri məşqçiliyə başlayıb "Qarabağ"ın sabiq futbolçusu Miçel Madera özünü yeni ampluada sınayacaq.
Futbol
2 Dekabr , 2021 18:22
Qarabağın sabiq legioneri məşqçiliyə başlayıb

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera özünü yeni ampluada sınayacaq.

"Report" "cope.es"ə istinadən xəbər verir ki, ispaniyalı veteran yarımmüdafiəçi ölkəsinin "Lenense" klubunda məşqçiliyə başlayıb.

Keçmiş futbolçu bu sahədə ilk addımlarını atasının prezident olduğu komandada atmağa qərar verib.

Qeyd edək ki, 2015 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinmiş Miçel Madera Ağdam klubunda 159 oyuna 30 qol vurub. O, bu ilin martında karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi