"Qarabağ"ın sabiq hücumçusu Qazaxıstan klubuna keçib

"Qarabağ"ın sabiq hücumçusu Qazaxıstan klubuna keçib Qarabağın yollarını ayırdığı sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu bəlli olub.
Futbol
3 İyul , 2019 19:44
Qarabağın sabiq hücumçusu Qazaxıstan klubuna keçib

"Qarabağ"ın yollarını ayırdığı sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Qazaxıstanın "İrtış" komandasında davam etdirəcək.

Klub braziliyalı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlasa da, onunla imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Reynaldo 2013-2016-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında "Qarabağ"da çıxış edib. O, Qazaxıstanda "Aktobe"nin də formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi