"Qarabağ"ın sabiq hücumçusu Çin klubundan ayrıldı

"Qarabağ"ın sabiq hücumçusu Çin klubundan ayrıldı "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin "Çjetszyan Qrintaun" klubu ilə yollarını ayırıb
Futbol
15 Aprel , 2021 14:27
Qarabağın sabiq hücumçusu Çin klubundan ayrıldı

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin "Çjetszyan Qrintaun" klubu ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə cənubi afrikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı hücumçu müddəti iyunun sonunadək olan müqaviləyə xitam verildiyini bildirib: "Daha Çinə qayıtmayacağam. Artıq azad futbolçu statusu daşıyıram. Növbəti addımlar barədə agentim mənə məlumat verəcək".

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi