"Qarabağ"ın sabiq futbolçusunun Türkiyə klubuna transferi rəsmiləşib

"Qarabağ"ın sabiq futbolçusunun Türkiyə klubuna transferi rəsmiləşib Türkiyənin Boluspor klubu Qarabağın sabiq futbolçusu Con Delarjı heyətinə qatıb.
Futbol
2 Yanvar , 2020 15:19
Qarabağın sabiq futbolçusunun Türkiyə klubuna transferi rəsmiləşib

Türkiyənin "Boluspor" klubu "Qarabağ"ın sabiq futbolçusu Con Delarjı heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı konqolu hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Qeyd edək ki, Delarj daha öncə Türkiyədə “Osmanlıspor” və “Buraspor”un şərəfini qoruyub. Forvard “Qarabağ”a da məhz 2018-ci ilin yayında Bursa klubundan keçib. Afrikalı oyunçu Ağdam təmsilçisində heyətə düşə bilməyib və klub cari mövsümün əvvəlində onunla yollarını ayırıb. Con Delarj son olaraq Çexiyanın "Dinamo" (Budejovic) komandasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi