"Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişib

"Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişib Bakı "İnter"i (indiki "Şamaxı") və "Qarabağ"ın sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.
Futbol
3 Avqust , 2022 14:54
Qarabağın sabiq futbolçusu qəflətən dünyasını dəyişib

"Qarabağ", Bakının "İnter" (indiki "Şamaxı") və fəaliyyətini dayandırmış Zaqatalanın "Simurq" klublarının sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

"Report" Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Keçmiş futbolçumuz Andreys Rubinsin vəfatından kədərləndiyimizi bildirir, latviyalı oyunçunun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010/2011 mövsümündə "Qarabağ"da, 2011/2012 mövsümündə "Simurq"da forma geyinib. O, AVRO-2004-də iştirak etmiş Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.

Son xəbərlər

Orphus sistemi