"Qarabağ"ın sabiq futbolçusu hazırkı klubunu təhqir etdi

"Qarabağ"ın sabiq futbolçusu hazırkı klubunu təhqir etdi "Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qalmaqallı videosu yayılıb.
Futbol
15 Yanvar , 2021 15:07
Qarabağın sabiq futbolçusu hazırkı klubunu təhqir etdi
Maqaye Geye

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qalmaqallı videosu yayılıb.

"Report" "prosport.ro" saytına istinadən xəbər verir ki, hazırda çıxış etdiyi Rumıniyanın "Dinamo" klubundan məvacibini ala bilməyən Seneqal əsilli fransalı hücumçu hovuzda iki xanımla çəkilmiş görüntülərini paylaşıb.

31 yaşlı forvard ona borcu olan Buxarest təmsilçisini və yanındakı qadınları təhqir edib: "Dinamo" pulumu vermir. Ona görə də mənim bədənim ağrıyır. Bu zənciləri görürsünüz? Maaş almıram, amma qadınlarla əylənirəm".

"Dinamo"da aylıq 25 000 avro qazanan Geyenin məvacib ala bilmədiyi üçün psixologiyasının pozulduğu bildirilir.

İddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.

Son xəbərlər

Orphus sistemi