"Qarabağ"ın Avroliqadakı rəqibinin oyunu terror təhlükəsi səbəbindən təxirə salınıb

"Qarabağ"ın Avroliqadakı rəqibinin oyunu terror təhlükəsi səbəbindən təxirə salınıb "Anderlext"in "Lokeren"lə səfər oyunu keçirilməyib
Futbol
22 Noyabr , 2015 23:50
Qarabağın Avroliqadakı rəqibinin oyunu terror təhlükəsi səbəbindən təxirə salınıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Belçikanın yüksək liqasında iki futbol qarşılaşması təhlükəsizlik təminatının olmaması səbəbindən təxirə salınıb.

"Report"un məlumatına görə, ötən gün "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Anderlext"in "Lokeren"lə səfər, bu gün isə "Muskron"un "Şarlerua" ilə ev oyunları baş tutmayıb.

Hər iki matçda əlavə polis qüvvəsinə ehtiyac yaranıb. Lakin hüquq-mühafizə xidmətinin əməkdaşları hücum təhlükəsi fonunda Brüsseldə qalmalı olublar. Lokoren paytaxtdan 75 km, Muskron isə 105 km. aralıda yerləşir. Bu şəhərlərin merləri oyunların təxirə salınmasına qərar veriblər.

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə terror aktını törədənlərin bəziləri Brüsseldə yaşayır. Bu səbəbdən, şəhərdə terror təhlükəsi yüksək səviyyədə qiymətləndirilir.

Qeyd edək ki, bu həftə iki yoldaşlıq görüşü ləğv olunub. Bunlar Belçika - İspaniya və Almaniya - Hollandiya matçlarıdır. "Anderlext" noyabrın 26-da Avropa Liqası matçında Fransa "Monako"sunun qonağı olacaq, dekabrın 10-da isə "Qarabağ"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi